"ABŞ Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyir"

"ABŞ Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyir" Siyasət
"ABŞ hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin ərsəyə gətirilməsi prosesində kifayət qədər fəal və aktiv  şəkildə iştirak edir".

Bu fikirləri News24.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov deyib. Analitik vurğulayıb ki,  əvvəlki Tramp administrasiyasından fərqli olaraq Bayden administrasiyası Rusiyanın Cənubi Qafqaz regionunda geopolitik hegemonluğunu əsla qəbul etmir və bu prosesin qarşısını almaq üçün fəallıq göstərir:

"Vaşinqton təkcə Moskva mərkəzli hansısa görüşlərin keçirilməsini istəmir. Ona görə də, ABŞ-ın mövqeyini regiona və hadisələrə yanaşmasını təqdim etməyə çalışır. Biz görürük ki, müxtəlif beynəlxalq  platformalarda ABŞ-ın dövlət katibi fürsət düşən məqamda bu proseslə maraqlandıqlarını göstərməyə çalışır. Eyni zamanda, Blinkenin moderatorluğu altında bir neçə dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri, eyni zamanda sonuncu olaraq Münxendə Ermənistan baş naziri ilə Azərbaycan prezidentinin görüşləri həyata keçirildi. Bu baxımdan təbii ki, ABŞ-ın bu məsələdə aktivliyinin artması hesab edirik ki, iki ölkə arasında münasibətlərin normallaşmağına tək mərkəzli yanaşmanı aradan qaldırır. Ona görə də, Blinkenin bu il ərzində İrəvana və Bakıya səfərlərinin gerçəkləşəcəyini düşünürəm. Rusiya-Ukrayna müharibəsindən sonra ABŞ Rusiyanın artıq dünyadakı konfliktli məsələlərdə təkbaşına vasitəçi olmağını həzm etmək istəmir. Bu baxımdan yəqin ki,bu formada Blinkenin bölgəmizə səfərləri gerçəkləşəcək".


Aynurə