ABŞ ve İtaliya Ukraynaya birgə dəstək olacaqlar

ABŞ ve İtaliya Ukraynaya birgə dəstək olacaqlar Siyasət
ABŞ və İtaliya Ukraynaya verilən dəstəyin davam etdirilməsi, miqrantlar, terrorizm, Afrika ölkələri və Çinlə əlaqələr də daxil olmaqla bir çox məsələlərdə əməkdaşlığı davam etdirəcəklərinə söz veriblər.

News24.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden və İtaliyanın baş naziri Giorgia Meloni Ağ Evdəki görüşdən sonra birgə bəyanatla çıxış ediblər.

Liderlər təsdiq ediblər ki, NATO-nun Vilnüsdə keçirilən Sammiti transatlantik münasibətlərin birliyini və gücünü, eləcə də alyansın çətinliklər qarşısında çəkindirmə və müdafiəni uyğunlaşdırmaq qabiliyyətini nümayiş etdirib.

Sülhə nail olmaq məqsədi ilə Ukraynaya siyasi, hərbi, iqtisadi və humanitar yardımlarını davam etdirəcəklərini vurğulayan liderlər enerji və ərzaq təhlükəsizliyi kimi problemlərin aradan qaldırılmasının zəruriliyini qeyd ediblər.