Abşeronda gənc oğlan bıçaqlandı

Abşeronda gənc oğlan bıçaqlandı Siyasət
Abşeron rayonu Masazır qəsəbəsində bıçaqlanma qeydə alınıb.

Hadisə Əliağa Vahid küçəsində baş verib. Belə ki, 1998-ci il təvəllüdlü Rzali Ali Muhamməd oğlu marketin qarşısında iş yoldaşı ilə mübahisə edib.
Mübahisə zamanı o bıçaqlanaraq çoxlu qan itirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. /APA/