"Avropa İttifaqı Ermənistanla münasibətlərin nizamlanmasında optimal vasitəçi ola bilər" - PREZİDENT-VİDEO

"Avropa İttifaqı Ermənistanla münasibətlərin nizamlanmasında optimal vasitəçi ola bilər" - PREZİDENT-VİDEO Siyasət
"Avropa İttifaqı ilə əlaqələrimizi nəzərə alsaq deyə bilərəm ki, qurum Ermənistanla münasibətlərin nizamlanmasında optimal vasitəçi ola bilər". 

News24.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" telekanalının Global Conversation" adlı debat xarakterli proqramında bildirib.

Prezident deyib ki, ittifaqla Azərbaycan arasındakı əlaqələr qarşılıqlı hörmət, etimad və maraqlara əsaslanır. 

Dövlət başçısı Avropa İttifaqının Ermənistanla danışıqlar prosesinə qoşulmasının Şarl Mişelin təşəbbüsü olduğunu diqqətə çatdırıb:

"İlk vaxtlarda Avropa İttifaqı işğal dövründə, yəni 1992-ci ildən Ermənistanla danışıqlar prosesində iştirak etməyib. Mən düşünürəm ki, Avropa İttifaqı optimal vasitəçi ola bilər. Bu təşəbbüs hazırda çox aktiv dialoq formatına keçməkdədir. Biz təkcə Brüsseldə deyil, həm də nümunə üçün Avropa siyasi icmasının Kişinyov sammiti çərçivəsində də görüşmüşük. Hesab edirəm ki, bu çox vacibdir. Ona görə ki, əgər biz vəziyyətin staqnasiyasına imkan versək, prosesdə durğunluq və belə demək mümkündürsə, fasilə olarsa, bu o deməkdir ki, biz təhlükəli ssenaridən sığortalanmamışıq".