Azərbaycan APA sədrliyinə namizədliyini - İRƏLİ SÜRDÜ

Azərbaycan APA sədrliyinə namizədliyini - İRƏLİ SÜRDÜ Siyasət

Azərbaycan 2024-2026-ci illər üçün Asiya Parlament Assambleyasına sədrliyə namizədliyini irəli sürüb.

News24.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Asiya Parlament Assambleyası Sosial və mədəni məsələlər üzrə daimi komitənin baş katibi Muhammed Reza Məcidi komitənin Bakıda keçirilən iclasında bildirib.

O qeyd edib ki, Azərbaycanın namizədliyinə dəstək verəcək.

Qeyd edək ki, Bakıda Asiya Parlament Assambleyası (АРA) Sosial və mədəni məsələlər üzrə daimi komitənin iclası keçirilir.