Azərbaycan və Türkiyənin səfirləri Parisdə görüşdü

Azərbaycan və Türkiyənin səfirləri Parisdə görüşdü Siyasət

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisə təyin olunmuş yeni səfiri Yunus Demirer ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə L.Abdullayeva "X" səhifəsində paylaşım edib.

Görüş Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub.

Səfir türkiyəli həmkarına diplomatik fəaliyyətində uğurlar arzulayıb.