Azərbaycan XİN Liviyaya - BAŞSAĞLIĞI VERDİ
Azərbaycan Xarici İşlər Nazirliyi Liviyaya başsağlığı verib.
News24.az xəbər verir ki, bu barədə XİN-nin "X" səhifəsində paylaşım edilib.
"Liviyadan böyük insan tələfatına səbəb olan güclü daşqınlarla bağlı dağıdıcı xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirik. Bu çətin zamanda dualarımız sizinlədir" - paylaşımda qeyd olunub.