Azərbaycanlını qarışqa dişlədi, 16 min manat sığorta aldı

Azərbaycanlını qarışqa dişlədi, 16 min manat sığorta aldı Siyasət
Azərbaycanın sığorta şirkətlərindən biri səfər sığortası üzrə 15 644 manat ödəniş həyata keçirib.

Müştəri ABŞ-ın Texas ştatında olarkən, onu qırmızı odlu qarışqa sancıb.

Nəticədə vətəndaş allergik reaksiya səbəbi ilə tibb müəssəsinə aparılıb və sığorta şirkəti onun xərclərini ödəyib. 

//report