Avropadan ŞOK ÇAĞIRIŞ: - Qarabağa yüzlərlə PUA daşınıb, Vardanyan yeni müharibə...
Siyasət
ABŞ bu yaxınlarda Rusiya kəşfiyyatı ilə əlaqəli qrupun yeddi aparıcı üzvünə və bir təşkilata Rusiyanın Moldovada təsir kampaniyalarında və sabitliyi pozma əməliyyatlarında oynadıqları rola görə sanksiya tətbiq edib. Təcili olaraq ən azı bir nəfərin qara siyahıya salınmasına ehtiyac var – bu, Azərbaycan torpaqlarında tanınmamış separatçı rejimin keçmiş “dövlət naziri”, Rusiya tərəfindən Xankəndiyə göndərilən və özünü “sülhməramlı” kimi göstərən Ruben Vardanyandır.
News24.az xəbər verir ki, bu barədə Brüsselin nüfuzlu dövri nəşrlərindən biri olan “EUReporter” yazıb.
Belçika separatçıların keçmiş “dövlət naziri” Ruben Vardanyanı Avropa İttifaqı və bütün Qərb üçün təhlükə adlandırıb.
“Ötən həftə Ukrayna Məxfi Xidməti Vardanyanın saxlanılaraq Ukrayna hakimiyyətinə və ya istənilən NATO ölkəsinin hakimiyyət orqanlarına təhvil verilməsinə çağırıb. Onun adı ukraynalıların Rusiyanın işğalını dəstəkləyənləri sadaladığı və müharibəni davam etdirmək üçün lazımi resursları təmin edən “Myrotvorets” məlumat bazasında görünüb. Vardanyan Kremlə yaxın fəaliyyəti ilə məşhurdur. Xatırladaq ki, 2005-2022-ci illərdə Ruben Vardanyanın ofşor şirkətlər vasitəsilə çirkli pulların yuyulması və Kremlə yaxın ən nüfuzlu adamlara (məsələn, Sergey Rolduqin) pul köçürməsi ilə məşğul olduğu iddia edilir. Həmin dövrdə o, Rusiya Federasiyasının Prezidenti və Hökuməti yanında “ekspert şuraları”nda yalnız Putinə yaxın adamlara aid olan vəzifələrdə çalışıb. Eyni zamanda Vardanyan “Troyka Dialoq” investisiya bankını da idarə edirdi”, - məqalədə vurğulanıb.
Qeyd edilib ki, 2019-cu ilin martında Aİ parlamentinin üzvləri Vardanyanın “Troyka Dialoq” təşkilatının rəhbəri kimi fəaliyyətinin araşdırılmasını tələb ediblər.
Vardanyanın və onun “Troyka Dialoq”unun adı ofşor şirkətlər mövzusu ilə bağlı yenidən gündəmə gəlib: Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi (OCCRP) “Troyka Dialoq”un ofşor şirkətlərin geniş şəbəkəsi yaratdığını sübut edib. Bu şirkətlər Rusiyadan pulların yuyulmasında, nağdlaşdırılmasında və ya qeyri-qanuni yolla çıxarılmasında ittiham olunan digər şirkətlərlə əməkdaşlıq ediblər. Söhbət 76 şirkətdən keçən 4,6 milyard dollardan gedir.
“EUReporter” xatırladır ki, Vardanyan bir müddət əvvəl Qarabağdakı separatçıları silaha sarılmağa çağırıb. Bu çağırış Aİ və ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanmasına dair səyləri fonunda səslənib. Mayın əvvəlində Rusiyayönlü mitinqdə o, Cənubi Qafqazda Putinin təsirini saxlamaq üçün bir vasitə kimi rus qoşunlarının mövcudluğunun zəruriliyi ideyasını birbaşa irəli sürdü.
Nəşr yazır ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Qarabağdakı separatçılar Çinin yüzlərlə DJI Mavic 3 kəşfiyyat və zərbə pilotsuz təyyarələri ilə təchiz edilir. Onlar minaatan kimi partlayıcı qurğuları atmağa imkan verən bombardman sistemləri ilə təchiz edilib. Həmin silahların tədarükü ilə bağlı əmrin Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini Aleksey Kim tərəfindən verildiyi iddia edilir.
“Onlardan təxribatlar, məsələn, Bakı ilə İrəvan arasında sülh danışıqlarını sabotaj etmək və ya Qərbə qaz nəqlinin qarşısını almaqla regionda yeni müharibəyə başlamaq üçün istifadə oluna bilər. Bu təhlükənin qarşısını almaq vaxtıdır; Vardanyana qarşı nəinki sanksiya tətbiq etməyin, həm də onu İnterpolun və digər Qərb kəşfiyyat orqanlarının axtarışa verdiyi siyahıya salmağın vaxtı çatıb”, - nəşr qeyd edib.
Akqabay