Bölgədə gərginlik onların işinə yarayır" - POLKOVNİK AÇIQLADI
Siyasət
Ötən gün Fransa Xarici Siyasət Departamenti Ermənistanın xəritəsini paylaşıb. Xəritədə Azərbaycanla bütün sərhəd boyu əraziləri “təhlükəli zona” olaraq qeyd edilib. Fransanın Ermənistandakı səfiri Olivye Dekoti müdafiə naziri Suren Papikyanla görüşündən sonra bu xəritəni dərc edib. Bununla Ermənistan və Fransa beynəlxalq müstəvidə “Azərbaycanı hücum edən tərəf” kimi göstərmək və rəsmi Bakıya qarşı təzyiqə nail olmaq istəyi açıq şəkildə nəzərə çarpır.
Mövzu ilə bağlı News24.az-a danışan hərbi-ekspert, polkovnik Şair Ramaldanov hesab edir ki, böyük güclər də vəziyyətin gərgin olaraq saxlanmasında maraqlıdır: “Bu xəritənin beynəlxalq ictimai rəyi manipulyasiya etməyə hesablandığı aydın görünür”.
“Rusiya və KTMT öz ordusunu Ermənistan sərhədinə yerləşdirməsi üçün bölgədə vəziyyətin gərgin olması onların işinə yarayır. Böyük dövlət nə Azərbaycanı, nə də Ermənistanı düşünür. Onlar üçün öz maraqları daha önəmlidir. Bu səbəbdən sözügedən güclərin maraqlarının toqquşması bölgənin gərginlik təsirini genişləndirir”
Ayşən