Brüssel görüşünün nəticəsi: - Bu məsələlərə müdaxilə yolverilməzdir!
Siyasət
“Brüssel görüşünün gündəliyini sülh gündəliyi kimi adlandırmaq olar. O, gündəliyin tərtibatçısı olan Azərbaycanın siyasi rəhbərliyi bu məsələlərin hamısını əvvəl gündən beş prinsip üzərində qurduğu konsepsiya əsasında yaratdı və onu Ermənistana təqdim etdi. Ermənistan isə onu qəbul etdi və ilkin yanaşmalar da ondan ibarət idi ki, istər Şarl Mişel, istərsə də digər moderatorlar Azərbaycanın sülh yanaşmasını bir qayda olaraq dəstəklədilər. Ermənistan özü də ondan məmnun olduğunu bildi. Daha sonra altı prinsip deyilən bir paketi Azərbaycan tərəfinə göndərdilər. Halbuki orda birinci bənd ondan ibarət idi ki, “biz sizə cavab veririk”. Faktiki olaraq Ermənistan burda işlə yox, imitasiya ilə məşğuldur”.
Bu sözləri News24.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O qeyd edib ki, sülh məsələsində Ermənistan o qədər də istəkli deyil: “Ermənistanda daxili vəziyyət imkan vermir ki, Nikol Paşinyan ciddi şəkildə sülh prosesinə köklənsin. Ermənistanda bəzi daxili qüvvələr prosesi daim çətinləşdirirlər, suyu bulandırırlar və çalışırlar ki, Ermənistan faktiki olaraq Azərbaycanla heç bir sazişə gəlib çıxa bilməsin. Burada Ermənistanın havadarları, xaricdə olan qüvvələr də rol oynayır. Bu, təkcə diaspora və kilsənin xətti ilə olan dəstək deyil. Burada həm də Fransanın, ABŞ-nin bəzi ermənipərəst lobbiçilərinin rolu var. Digər tərəfdən, Hindistan proseslərə girişib, Yunanıstan, İran və digərləri var. Ermənilər adı çəkilən bu ölkələrdən dəstək istəyirlər və burada demək olar ki, Rusiyaya qarşı nifrət bütün hədləri keçib. Artıq Rusiyanın burada bir o qədər də rolu yoxdur və Ermənistan ona bel bağlamır”.
Politoloq qeyd edib ki, Azərbaycanın predmet ətrafında konkret danışıq aparması, təkid və təklifləri, hərəkətləri onu göstərir ki, biz həm sülhü istəyirik, həm də buna hazırıq: “Amma Ermənistan bəhanələrlə başını qatır və bütün dünyaya car çəkməyə çalışır ki, guya istəkləri var və onlar hələ ki, reallaşa bilmir. Birincisi, Ermənistanın gərək siyasi rəhbəri ayırd eləsin ki, nə istəyir və hansı sülhü istəyir. Ancaq biz görürük ki, onlar sülhdən danışaraq yenə də silahlanırlar. Fransanın, Hindistanın fitvalarına uyurlar, sülh barədə deyil, əksinə, revanş haqda düşünürlər. Ona görə də sayca altıncı olan görüşün nəticələri haqqında danışırıqsa, belə bir soyuq etinasız münasibət formalaşır. Bu da ondan xəbər verir ki, Ermənistanda daxili xaos, hərcmərclik öz işini görür. Nikol Paşinyan başda olmaqla, Ermənistan hökuməti prosesləri idarə edə bilmir. İrəvan özü qərar qəbul etmir. Əsas məsələ də budur. Çünki Azərbaycanda prezident var, siyasi elita var, Ermənistanla bağlı daxili konsensus var və s. Əsas qüvələrin hamısı yekdil mövqedədir. Azərbaycanın bu məsələ ilə bağlı aydın yanaşması və təklifləri var. Ermənistan isə bəhanələrlə məşğuldur və özünü uçuruma aparır.
Qarabağda baş verənlər isə Ermənistana aidiyyəti olmayan proseslərdir, Azərbaycan reinteqrasiya məsələlərini özü həll edəcək. Bu məsələlərə müdaxilə yolverilməzdir. Müdaxilə etmək istəyən anlasın ki, Azərbaycan dövləti artıq öz ərazi bütövlüyünü bərpa edib və daxildə yaşayan azsaylı erməni icması Azərbaycan qanunvericiliyini tanısın. Bunun başqa alternativi yoxdur”.
Akqabay Mıradov