"Əsas diqqət Naxçıvanın blokadasına yönələcək" - Deputat

"Əsas diqqət Naxçıvanın blokadasına yönələcək" - Deputat Siyasət

Xəbər verdiyimiz kimi,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasında səfərdədir. Qardaş ölkənin rəhbərin xüsusən də, Qarabağda keçirilən anti terror tədbirlərindən sonra  Naxçıvana gəlişi bir şox qonşu dövlətləri, həmçinin Ermənistanın havadarlarının ciddi narahat edib.

Mövzu ilə bağlı News24.az-a danışan millət vəkili Fazil Mustafa bildirdi ki, Ərdoğanın Naxçıvana gəlişinə yaxın zamanların razılaşması kimi baxılmalıdır:

"Çünki burada ciddi şəkildə bölgədə situasiyanın dəyişməsi, Naxçıvan məsələsini xeyli aktuallaşdırdı. Naxçıvana kommunikasiya xətlərinin açılması, buranın bölgədə xüsusi bir əhəmiyyətinin daha da diqqət mərkəzinə çatdırılması və dünyanın diqqətini bu bölgəyə yönəlməsi baxımından vacibdir. Çox güman ki, Ərdoğan da bu istiqamətdə blokada məsələsini  daha çox gündəmə gətirəcək və blokadada olan bu ərazinin müəyyən kommunikasiya xətlərinin açılması istiqamətində mesajlar verəcək"

F.Mustafanın sözlərinə görə, Azərbaycan prezidentinin də Naxçıvana səfər etməsi, burada görüşlər keçirilməsi çox böyük əhəmiyyət daşıyır və bu ərazidə birlikdə bir sıra infrastrukturun qurulması Türkiyə ilə əlaqələrin daha da genişlənməsi baxımından faydalı müzakirələrin olacağını göstərir: 

"Ola bilsin ki, Türkiyə prezidenti müəyyən açılışlarda da iştirak etsin. Lakin əsas məsələ Naxçıvanın əhəmiyyətini bir daha diqqətə çatdırmaq, bu bölgənin blokada şəraitinin nə qədər acınacaqlı olduğunu Qarabağdakı xırda bir hadisələri indiyə qədər şişirtməyə çalışan ayrı-ayrı dünya dövlətlərinə göstərmək olar. 

Hesab edirəm ki, yeni məsələ daha çox bununla bağlıdır və həm də Zəngəzur koridoru ilə bağlı məsələnin də burda ən azı çıxışlarda diqqət mərkəzinə gətiriləcəyi və Ermənistana önəmli mesajların veriləcəyi gözlənilir".

Aydan