Fransanın Azərbaycandakı casus şəbəkəsi - BELƏ İŞLƏYİB

Fransanın Azərbaycandakı casus şəbəkəsi - BELƏ İŞLƏYİB Siyasət

Azərbaycanda iki fransız diplomatın persona-non-grata elan edilməsi və bu ölkədən çıxarılması ilə başlayan səs-küylü “casus qalmaqalı”na dair yeni təfərrüatlar məlum olub.

RTV-nin Fransanın “L’Opinion” nəşrinə istinadən xəbərinə görə, əvvəlcə onun həbsi Bakıda Fransız casus şəbəkəsinin ifşası ilə əlaqələndirilməyib. Müəllif yazısında Fransa Xarici İşlər Nazirliyinin o zamankı susqunluğuna da diqqət çəkib.

Yazıda həmçinin 1 aydan çoxdur həbsdə olan Rayanın həmin diplomatlarla əlaqəsinin olduğu qeyd edilib:

“Martin Rayan 4 ay Bakıda yaşayıb, azərbaycanlı qızla nişanlı olub. Burada kiçik şirkət quraraq, idxal-ixracla məşğul olub. Onun hər hansı siyasi fəaliyyəti olmayıb. Lakin Fransa xüsusi xidmət orqanlarının nümayəndələri M.Rayanın iradəsinə zidd olaraq onu üçüncü ölkələr haqqında məlumatların toplanması və ötürülməsinə cəlb ediblər” – SİTATIN SONU. 

Məqalədə vurğulanır ki, 2023-cü ildə Martinin səfirlikdəki “kuratoru” dəyişdikdən sonra yeni təlimatçı – “Andre” onunla görüşdə Rayana siyasi məsələlərlə bağlı həddindən artıq sual verib. Bir müddət sonra Martin onlarla təkcə passiv deyil, həm də aktiv əməkdaşlığa keçib. Lakin bir qədər keçdikdə əmin olub ki. Səfirliyin nümayəndələri onu təhlükəli oyunlarda sadəcə “piyada” kimi istifadə etməyə çalışırlar. 

Müəllif yazır ki, Azərbaycan xüsusi xidmət orqanları “Andre” də daxil olmaqla, iki diplomatı şahid qismində dindirmək istəsə də, bundan imtina edilib. Nəticədə onların hər ikisi ölkədən çıxarılıb.

Fərid Azəri