“Dəmir qılınclar” ƏMƏLİYYATI: - 192 hərbçi öldü
Siyasət
Qəzza sektorundakı “Dəmir qılınclar” hərbi əməliyyatında İsrailin ümumilikdə 192 hərbçisi ölüb.
News24.az xəbər verir ki, bu barədə məlumatı “Times of Israel” yayıb.
Sözü gedən hərbi hərəkət 2023-cü il, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumuna cavab olaraq başlayıb.
HƏMAS-ın hücumu nəticəsində 1200 nəfər öldürülüb, 242 nəfər isə girov götürülüb. Bundan sonra İsrail ərazisində hərbi vəziyyət elan olunub.
Qeyd edək ki, sözü gedən əməliyyata ABŞ, Böyük Britaniya və Almaniya hərbi-siyasi dəstək verir.
Fərid Azəri