Deputatlar mühüm görüş keçirdi - — FOTO
Siyasət
Xəbər verdiyimiz kimi, Tailand krallığını xüsusi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
News24.az xəbər verir ki, bu gün xüsusi nümayəndə ilə daha bir mühüm görüş keçirilib. Görüşdə Tailandın senatoru Virasakdi Futrakul, Nümayəndələr Palatasının üzvü Voravit Baru, Tailand Krallığının Azərbaycan Respublikasındakı səfiri Apirat Suqondhabhirom, Xarici Əlaqələr Mütəxəssisi, Yüksək Peşəkar Səviyyə, Nümayəndələr Palatasının Katibliyi Russdy Khantanit, Tailand Krallığının Ankaradakı Səfirliyinin İkinci Katibi Pipat Charoensuk, Milli Məclisin deputatları Naqif Həmzəyev, Rauf Əliyev, Rüfət Quliyev, o cümlədən Bəxtiyar Həsənov iştirak edib.
Görüş zamanı Bakıdan Bankoka birbaşa uçuşların təşkil edilməsi, elektron viza, hər iki tərəfdə biznesə və investisiya yatırımlara dəstək məsələləri ilə bağlı müzakirələr aparılıb. Baş tutan mühüm görüşdə parlamentlərarası qrupların əlaqələrinin təməl daşı qoyulub. İkitərəfli əlaqələrin daha da inkişafı üçün bundan sonra da mühüm işlərin görüləcəyi xüsusi olaraq vurğulanıb.
Həmçinin, idman və elmlə bağlı məsələlərdən də söhbət açılıb. Deputat Rüfət Quliyev xüsusi olaraq Bankoqdakı universitetlərə dərs demək üçün dəvət edilib.
Qeyd edək ki, görüşdə rəsmilər ilin sonunadək mühüm iş planı tutublar. İki ölkə arasında münasibətlərin addım-addım inkişaf etdiriləcəyinə dair bundan sonra da mühüm işlərin görüləcəyi bir daha diqqətə çatdırılıb.
Aynurə