Donbasda atəşkəs pozuldu: 4 ölü, 9 yaralı

Donbasda atəşkəs pozuldu: 4 ölü, 9 yaralı Siyasət
Ukraynanın Donbas bölgəsində vəziyyət yenidən gərginləşib.

Ukrayna Silahlı Qüvvələri cəbhədə atəşkəsi pozan “Donetsk Xalq Respublikası” separatçı qurumun silahlı birləşmələrinə dağıdıcı zərbələr endirib.

Qarşıdurma nəticəsində 4 döyüşçü öldürülüb, daha 8-i yaralanıb. Ukrayna tərəfdən bir hərbçinin yaralandığı bildirilir. Atışmanın fasilələrlə davam etdiyi deyilir.

//publika.az