Dünyanı Şuşaya gətirən forum: - "Hər fikrin qayəsi Azərbaycan, Qarabağ oldu"
Siyasət
Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə təşkil edilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumu işini iyulun 23-də yekunlaşdırıb.
Forumda “Medianın gələcəyi: rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu”, “Mediada investisiya və istehlak meylləri”, “Təhlükəsizlik məsələləri” sessiyaları, həmçinin iştirakçılar və məruzəçilər arasında interaktiv müzakirələr aparılıb. Qlobal Forumda həmçinin bir sıra yan tədbirlər, sərgilər və təlimlər keçirilib.
News24.az-a “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumunun əhəmiyyətindən danışan “Gənc Demokratlar İnstitutu” İctimai Birliyinin sədri, ekspert Yeganə Hacıyeva bildirib ki, arxitekturası yeni formalaşmaqda olan çoxmərkəzli dünyanın memarlığında əsas vəzifə məhz medianın üzərinə düşüb və bunu biz həm də media diolomatiyası adlandıra bilərik.

O qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq dünya yeni 4-cü sənaye inqilabının astanasındadır: “Adına texnoloji inkşaf dediyimiz yeni şərtlər dünyanın ictimai, siyasi, iqtisadi mənzərəsini və bu sahədəki ənənəvi qaydaları dəyişir. Hökumətlər, cəmiyyətlər, ictimai-siyasi institutlar rəqəmsal texnologiyaların idarəçiliyinə adaptasiya olunur. Rəqəmsal texnologiyaların idarəçiliyinə adaptasiya olunan yeni dünyada yeni mexanizmlər qlobal səviyyədə ənənəvi siyasi-ictimai quruluşların dəyişməsinə səbəb olur”.
Y.Hacıyeva hesab edir ki, 4-cü sənaye inqilabının astanasında rəqəmsallaşan siyasət, iqtisadiyyat, sənaye, təhsil, mədəniyyət və digər sahələrdə gedən proseslərdə ölkələr ümumi məqsədə xidmət edən və ən əsası bütün maraqları əhatə edən startegiya axtarışındadırlar. Onun sözlərinə görə, yeni şərtlər qaydasız, təxminən meydanda oyun şərtlərini bilmədən, imkanlara tam bələd olmadan oynamağa oxşayır.
Ekspert əlavə edib ki, günümüzdə texnoloji resurslar qlobal səviyyədə cəmiyyətin ehtiyacı və istəyini formalaşdırır və bu gün cəmiyyətlərin ehtiyac və istəyi texnoloji qiqantların bazarında yeni məhsullardır: “Rəqəmsallaşan günümüzdə cəmiyyətlərin ənənəvi düşüncə tərzi, milli-mental xüsusiyyətlərə bağlı nəsillə paralel məsələlərə tam fərqli yanaşan algoritmik düşüncə tərzli gənclik formalaşır. 4-cü sənaye inqilabının astanasında qlobal səviyyədə dəyişən media şərtlərində dəyişən jurnalistika, medianın fonunda ənənəvi siyasi düşüncə, siyasi alətlər, cəmiyyət idarəçiliyi dəyişikliyə məruz qalır. Yeni reallıqlarda media diplomatiyasının üzərinə isə yeni siyasi linqivistika, dinlərarası dözümlülük və mədəniyyətlərarası mübadilə ritorikasını formalaşdırmaq kimi mühüm bir vəzifə durur. Yeni media şərtlərinin ciddi ziddiyyətlər gətirdiyi sahə isə heç şübhəsiz qlobal təhlükəsizlik sistemidir. Məhz bu ziddiyyətlərlə mübarizə üçün beynəlxalq münasibətlər sahəsində yeni şərtlərə uyğun fəaliyyət göstərməklə formalaşan regional və qlobal şəbəkələr həm də risklərə qarşı immunitetlərini formalaşdırmaqdadırlar. Heç şübhəsiz ki, bu immunitetlər qlobal təhlükəsizliyə bir töhfədir”.
Y.Hacıyeva vurğulayıb ki, bu qədər geniş və faydalı məlumatlı keçən iki günlük Şuşa Qlobal Media Forumunda iştirak edən dünyanın 50 ölkəsindən 150 media subyekti və 200-dən çox aparıcı ekspertlərın iştirakını Forumdan sonra platforma formatında fəaliyyət göstərməsi kimi regionlararası və qlobal təhlükəsizlikdə mövcud ziddiyyətlərin aradan qaldırılması üçün bir imkan kimi dəyərləndirmək lazımdır: “Forum çərçivəsində dünyanın 50 ölkəsindən media və televiziya idarəçiləri, jurnalistlərin qatıldığı tədbir qarşılıqlı şəbəkələşmə, təcrübə və biliklərin mübadiləsi üçün əvəzsiz platforma rolunu oynadı. Forumun Azərbaycan mədəniyyətinin nüvəsi Şuşada, Qarabağda baş tutması yalan və dezinformasiya cərəyanları içində boğulan dünyada həm də Azərbaycan həqiqətlərinin çatdırılması üçün bir mexanizm kimi milli maraqlarımızın müdafiə alətidir. Forumda iki gündür media haqqında danışsaq da hər sözün, hər fikrin qayəsi Azərbaycan, Qarabağ oldu”.
Ekspert qeyd edib ki, şübhəsiz ki, forumun kulminasiyası Azərbaycan Prezidentinin çıxışı idi: “Prezident İlham Əliyevin çıxışı günümüzdə media trendləri, Azərbaycan haqqında dezinformasiya və qərəz təbliğatı, ən əsası regional təhlükəsizlik aspektlərinin hər vintini əhatə etdi”.

Mətbuat Şurasının sədr müavini, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu News24.az-a bildirib ki, Şuşa Qlobal Media Forumu üç vacib məqamla yadda qaldı.
“Birinci məqam Prezident İlham Əliyevin Forumda iştirakı, həm əcnəbi, həm də yerli jurnalistlərin suallarını cavablandırması idi. Dövlət başçısı orada kifayət qədər əhəmiyyətli mesajlar verdi. Bu mesajlar yalnız media ilə bağlı məqamları əhatə etmirdi, eyni zamanda, bölgə ilə bağlı, Qarabağla bağlı mesajlar idi. Bu gün beynəlxalq medianı da düşündürən regionla, Azərbaycanla, Qarabağla bağlı bir sıra məsələləri əhatə edən, kifayət qədər aydın, konkret cavablar oldu. Maraq o qədər böyük idi ki, bu sual-cavab 3 saata yaxın davam etdi, hətta 70-ə yaxın suala zaman qalmadı. Beynəlxalq medianın da bu prosesə çox ciddi marağı oldu. Üç gün davam edən foruma xüsusi diqqət ayrıldı. Xaricdə yayımlanan nüfuzlu mətbuat orqanları, televiziya kanalları forumun gedişatını işıqlandırdı”, - ekspert vurğulayıb.
Vüqar Zifəroğlu qeyd edib ki, ikinci yaddaqalan əsas məqam Qlobal Media Forumun Şuşada keçirilməsi məsələsidir: “Şuşada bu cür əhəmiyyətli beynəlxalq tədbirin keçirilməsi həm də bir mesajdır. Bu, Qarabağla bağlı, Şuşada gedən bərpa və quruculuq işləri, ermənilərin 30 ilə yaxın davam edən işğalı dövründə torpaqlarımızda törətdikləri vandalizmi bir daha beynəlxalq ictimaiyyətə göstərməklə bağlı çox əhəmiyyətli və ciddi bir məqamdır”.
V.Zifəroğlu üçüncü mühüm məqamın jurnalistlərlə bağlı olduğunu söyləyib: “Forumda əsas məqam həm də media ilə, bu gün medianı düşündürən problemlərlə bağlı idi. Media sürətlə dəyişir, texnologiyaların inkişafı ilə mediada özünüifadə dəyişir. Bu mənada, istər paneldə gedən müzakirələr, debat və diskussiyalar, istərsə də əlavə vaxtlarda media nümayəndələri ilə söhbətimiz xüsusi əhəmiyyətə malikdir. Bizim hər birimizi həm düşündürən, həm də narahat edən problemlər var. Print medianın gələcəyi məsələsi, informasiya ekologiyası, media savadlılığı məsələləri var. Bu gün rəqəmsal platformalarda nifrət, kin, irqçilik və s. bu kimi problemlər mövcuddur. İnformasiya müharibəsi, dezinformasiya və feyknyuslarla mübarizə məsələsi də aktualdır. Beynəlxalq jurnalistikada bu gün ən çox müzakirə olunan süni intellekt və jurnalistika məsələsi ilə bağlı maraqlı çıxışlar oldu, müzakirələr təşkil edildi. Mühüm olan, bizi düşündürən bir sıra problemlərlə bağlı diskussiyalar oldu, çıxışlar dinlənildi. Bu mənada hesab edirəm ki, biz jurnalistlər üçün üçüncü əhəmiyyətli məqam da məhz budur”.
Qeyd edək ki, üç gün davam edən Şuşa Qlobal Media Forumuna yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak ediblər. Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Tədbirdə, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.
Akqabay Mıradov