Elçin Quliyevdən TAPŞIRIQ - Cəbhə bölgəsində - FOTO

Elçin Quliyevdən TAPŞIRIQ - Cəbhə bölgəsində - FOTO Siyasət
Mayın 7-də Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ağstafa rayonu ərazisində hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlamış, sərhəd döyüş mən­təqə­lərində xidmət edən şəxsi heyətlə görüşüb.

DSX-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüv­və­lərinin bölmələri ilə təmas xəttində sərhəd mühafizə və mü­dafiə infrastruktu­ru­nun yaradılması istiqamətində görülən iş­lə­rə baxış ke­çirmiş, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təh­lükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.
Elçin Quliyevdən TAPŞIRIQ - Cəbhə bölgəsində - FOTO Elçin Quliyevdən TAPŞIRIQ - Cəbhə bölgəsində - FOTO