Ermənilərin məşhur rusiyalı "dostu" - İrəvana BURAXILMADI - FOTO
Siyasət
Bu gün səhər tezdən Moskvadan İrəvana “Aeroflot”a məxsus təyyarə ilə gələn Rusiyanın Ermənistanla Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskov “Zvartnots” hava limanında ölkəyə girişinə icazə verilməyib.
News24.az xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, o, Ermənistan üçün arzuolunmaz şəxslər siyahısına əlavə edilib.
O, 2009-2013-cü illərdə “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinin rəhbəri, Rusiya Federasiyasının Ermənistandakı səfirliyinin müşaviri olub.
Akqabay