Ermənistan ağır hücum silahları ilə təchiz olunmuş silahlı qüvvələrə dəstək göstərib - Ceyhun Bayramov

Ermənistan ağır hücum silahları ilə təchiz olunmuş silahlı qüvvələrə dəstək göstərib - Ceyhun Bayramov Siyasət

"2020-ci ilin noyabrından başlayaraq üç ilə yaxın müddət ərzində Ermənistan, Azərbaycanın suveren ərazisində, Laçın yoludan sui-istifadə edilməsi ilə separatizmi qızışdırmaq məqsədilə on mindən çox insanın ağır hücum silahları ilə təchiz olunmuş silahlı qüvvələrə dəstək göstərib".

News24.az xəbər verir ki, bu Azərbaycan xarici işlər naziri cənab Ceyhun Bayramovun Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda Ümumi Müzakirələri çərçivəsində səsləndirdiyi bəyanatda bildirilib.