"Ermənistan - Naxçıvanla bağlı öhdəliyinə əməl etmir"- PREZİDENT - VİDEO

"Ermənistan - Naxçıvanla bağlı öhdəliyinə əməl etmir"- PREZİDENT - VİDEO Siyasət
"SSRİ-nin süqutundan dərhal sonra Azərbaycan Ermənistanın aqressiyası ilə üzləşdi". 

News24.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev "Euronews" telekanalının canlı efirində yayımlanan "Global Conversation" adlı debat xarakterli proqramda bildirib.

O həmçinin Ermənistanla sərhədlərin hələ də delimitasiya olunmadığına, eləcə də Azərbaycanın Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunacağı ilə bağlı Ermənistanın  öhdəliyinə diqqət çəkib:

"Beləliklə, əsas məsələ sərhəd məsələsidir. Yerlərdə real vəziyyət necə olacaq? Bəs nəqliyyat əlaqələri hansı formada tənzimlənəcək? İkinci Qarabağ müharibəsindən sonra Ermənistan bizim eksklavımız olan Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunacağı ilə öhdəlik götürüb. Lakin indiyədək bu, baş vermir. Hazırda nazirlər tərəfindən sülh sazişinin konkret müddəaları üzərində iş aparılır. Hər iki ölkənin lideri arasında görüşlər, mənə elə gəlir ki, bu istiqamətdə əlverişli mühit yaradır. Əgər biz Ermənistan tərəfinin konstruktiv yanaşmasını müşahidə etsək və ən əsası onlar ərazi bütövlüyümüzi şübhə altına almaq cəhdlərindən çəkinsə, biz tezliklə, hətta ola bilsin ki, ilin sonuna qədər problemin sülh yolu ilə həllinə nail olacağıq".