"Ermənistan Putini həbs edib siyasi çaxnaşma yaratmaq istəyir" - Deputat
Siyasət
Ermənistanda Putinin həbsinə əsas verən Roma Statutu təsdiq edilib. Bildiyimiz kimi, Ermənistan-Rusiya ilə strateji müttəfiqdir.
Belə olan surətdə, bəs bu qərarın təsdiq edilməsinin nəticələri necə olacaq? Bu prosesin arxasında duran əsl həqiqət nədir?
Bu barədə deputat Aydın Mirzəzadə News24.az-a açıqlama verib.
Deputat qeyd edib ki, Ermənistanın etibarsız ölkə olduğunun dəfələrlə şahidi olmuşuq:
“Ermənistan 100 il bundan əvvəl Azərbaycan torpaqlarında dövlət qurub və sonra Stalin və Mikoyanın hesabına Azərbaycan torpaqlarının bir hissəsini ələ keçirməklə daha da güclənib".
Birinci Qarabağ müharibəsi döründə Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etdiyini diqqətə çatdıran millət vəkili bildirib ki, Ermənistan indi ona arxa çevirərək başqa güc mərkəzlərindən yararlanmağa çalışır və bunuda gizlətmədən edir. Ermənistanın bu hərəkəti siyasi müttəfiqliyə ziddir.
Deputat qeyd edib ki, erməni zehniyyətinə görə, ermənilər hansısa dövlətdən makisimum yararlandıqdan sonra həmin dövlətə arxa çevirir və düşmən münasibəti saxlayırlar.
Onun sözlərinə görə, Ermənistanın beynəlxalq Roma Statutunu təsdiq etməsi Rusiya prezidentinin bu ölkəyə səfəri zamanı onun həbs edilməsinə tam hüquqi əsas verir.
“Ermənistan hökuməti nə qədər bunu etməyəcəyini desə də,o bu sənədlə Rusiya Prezidentini həbs etdirmək və siyasi çaxnaşma yaratmaq istəyir”.
Məsələnin pərdəarxasına baxdıqda güman etmək olar ki, Ermənistan büdcə məsələllərinin həlli üçün başqa güc mərkəzləri tapıb. Ermənistan xəyanətkar ölkə olduğu üçün ona dəstək olan ölkələri asanlıqla sata və xəyanət edə bilər. Bu onların əsl simasıdır.
“Bundan sonra iki ölkə arasında münasibətlərin gedişatı Rusiya hökumətinin siyasətindən asılıdır”,- deyə deputat fikirlərini yekunlaşdırıb.
Ülkər Abdurahmanlı