Ermənistanın sabiq prezidentinin qardaşı oğlu Praqada saxlanılıb

Ermənistanın sabiq prezidentinin qardaşı oğlu Praqada saxlanılıb Kriminal
Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyan Çex Respublikasının paytaxtı Praqa şəhərində saxlanılıb.

Ermənistan KİV-i xəbər verir ki, o, ötən gün yerli polisin və interpolun birgə fəaliyyəti nəticəsində ələ keçib.
N.Sarqsyan saxlanılarkən qanun keşikçilərinə Quatemala vətəndaşı Franklin Qonsales adına saxta pasport təqdim edib.

//Report