Azərbaycan, Türkiyə və Gürcüstan birgə komanda qərargah təlimi keçirəcək - FOTO

Azərbaycan, Türkiyə və Gürcüstan birgə komanda qərargah təlimi keçirəcək - FOTO Siyasət
Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin planlaşdırma konfransı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tədbirdə üç ölkənin müvafiq qurumlarının nümayəndələri regiondakı iqtisadi cəhətdən əhəmiyyətli layihələrin mühafizəsinin təşkilinə həsr olunan təlimə hazırlıq məsələlərini və qarşıda duran digər tapşırıqları müzakirə ediblər.
Azərbaycan, Türkiyə və Gürcüstan birgə komanda qərargah təlimi keçirəcək - FOTO Azərbaycan, Türkiyə və Gürcüstan birgə komanda qərargah təlimi keçirəcək - FOTO