Fidandan sərt mesaj: - "sona qədər mübarizə aparacağıq"
Siyasət
"Sərhədlərimiz daxilində və xaricində PKK terror təşkilatına qarşı sona qədər mübarizə aparacağıq”.
News24.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı bölgəsində şəhid olan hərbçilərə Allahdan rəhmət diləyib, ailələrinə, yaxınlarına, Türkiyə xalqına başsağlığı verib.
Nazir habelə yaralı əsgərlərin tezliklə sağalmasını arzulayıb
Ayşən