Gələn həftə “Google”, “Forbes” və “Facebook”un nümayəndələri Azərbaycana gələcəklər-VİDEO

Gələn həftə “Google”, “Forbes” və “Facebook”un nümayəndələri Azərbaycana gələcəklər-VİDEO Siyasət
Oktyabrın 26-30 tarixlərində keçiriləcək “İnnovasiyalar həftəsi”nin tədbirlərindən biri “Qlobal İnfluenser Günü”nə (Global İnfluencer Day) dünyanın nəhəng şirkətlərindən nümayəndələr iştirak edəcək.

Bu barədə News24.az-a Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, onların arasında, “Google”, “Forbes”, “Facebook”, “Vouge”, “Booking.com” kimi dünyanın nəhəng şirkətlərinin mütəxəssisləri də var.
“Oktyabrın 26-da Heydər Əliiyev Mərkəzində keçiriləcək “Qlobal İnfluenser Günü” maraqlı çıxışlar, təqdimatlar, seminarlarla yadda qalacaq.

Tədbir çərçivəsində ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot “Sofiya” da Azərbaycana gələcək” - Nazirliyin açıqlamasında deyilir.