İrandakı "3+3" görüşündən - GÖZLƏNTİLƏR

İrandakı "3+3" görüşündən - GÖZLƏNTİLƏR Siyasət

Bildiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İrana gedib.

Azərbaycanın bu görüşdən gözləntiləri nədir?

Mövzu barədə News24.az-a danışan siyasi-ekspert Fikrət Sadıqov dedi ki,, müəyyən məsələlərin həllində maraqlı olan regional dövlətlərin iştirak etməsi görüşün əsas üstünlüklərindən biridir. 

"Bu özlüyündə Azərbaycanın maraqlarına cavab verən bir haldır. Gürcüstan Rusiya ilə münasibətlərinə görə bu görüşdə iştirakı məqsədəuyğun hesab etməyib. Görüşdə gedən ümumi müzakirələrin Azərbaycan tərəfdən qabardılması, Cənubi Qafqazda stabilliyin və təhlükəsizliyin təmin edilməsi həmin görüşdə iştirak edən bütün ölkələrin marağındadır",-deyə ekspert bildirdi.

Ülkər Abdurahmanlı