Heydər Əliyevin dünyaya səs salan strategiyası - rus naziri necə heyran qoydu?
Siyasət
“Heydər Əliyev dəmir yolu nəqliyyatı sahəsini yaxşı bilirdi, onunla söhbət etmək maraqlı idi. Heydər Əliyev mənim həyatımda, karyeramda mühüm rol oynayıb”.
Rusiyanın ilk dəmir yolları naziri, daha sonra isə “Rusiya Dəmir Yolları” ASC-nin birinci prezidenti olmuş Gennadi Fadeyev Heydər Əliyev haqqında belə deyirdi. O, Ulu Öndərin dəmir yolu ilə bağlı bilgisinə heyran idi.
Fadeyev rabitə nazirinin birinci müavini vəzifəsinə namizədliyi təsdiq olunarkən o vaxtlar Siyasi Büronun üzvü, keçmiş Sovet İttifaqı hökuməti sədrinin birinci müavini olan Heydər Əliyevlə görüşür və təəssüratlarını bu cür ifadə edir: “Heydər Əliyev təyinatım olan sənədi imzalamazdan əvvəl mənimlə uzun müddət söhbət etdi. O, dəmir yolu nəqliyyatının işini yaxşı bilirdi. Üstəlik, istənilən nəslin nümayəndəsi ilə yaxşı danışıq aparmağı bilən xoş ruhlu insan idi”.
Heydər Əliyev bəlkə də dəmiryolçu ailəsində dünyaya gəldiyi üçün dəmir yoluna və onun inkişafına xüsusi həssaslıqla yanaşırdı. Çıxışlarından da bəlli olurdu ki, unikal savada və bacarığa malik olan Ulu Öndər dəmir yolu nəqliyyatı sahəsini də yaxşı bilir.
Heydər Əliyev 1998-ci il dekabrın 6-da dəmiryolçular qarşısında çıxış edərkən səsləndirdiyi bu fikirlər onun dəmir yolunu necə sevdiyini və inkişafına xüsusi yanaşdığını östərir: “Tərcümeyi-halımdan məlumdur ki, mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox intizamlı olublar. Dəmir yolunun özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə var idi ki, saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər. Çünki dəmir yolunun saatı həddindən artıq dəqiq işləyən saat idi”.

Heydər Əliyev bununla dəmir yolu və dəmiryolçulara nə qədər önəm verdiyini ifadə edib. Ulu Öndər deyirdi ki, dəmiryolçular Azərbaycanda da həmişə cəmiyyətin çox qabaqcıl dəstəsi olub.
Dəmir yolu sahəsində Heydər Əliyevin əvəzolunmaz xidmətləri və silinməz izləri var. Onun Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illər Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırılır. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin fəaliyyəti dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə səbəb olub və bundan sonra sürətli inkişaf dövrü başlayıb.
Ulu Öndər istər Azərbaycana rəhbərlik etdiyi dönəmdə, istərsə də keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən bu sahənin fəaliyyətini daim diqqətdə saxlayıb. Heydər Əliyevin adı həmin illərdə respublika dəmir yolunun inkişafına xüsusi fikir verən bir şəxs kimi yaddaşlara həkk olundu.
1974-cü ildə Biləcəri stansiyasında baş verən ağır dəmir yolu qəzası zamanı hadisə yerinə şəxsən baş çəkməsi, qəzanın başvermə səbəbini araşdıran xüsusi istintaq komissiyasının yaradılması, hadisə nəticəsində zərər çəkmiş insanlara dövlət qayğısının göstərilməsi Heydər Əliyevin dəmir yoluna sıx bağlılığının nəticəsi idi.
70-ci illərdən üzü bəri görülən mühüm işlər sırasında Bakı Sərnişin Vağzalının və digər obyektlərin yenidən qurulması onu deməyə əsas verir ki, bunlar məhz Heydər Əliyevin böyük quruculuq tövsiyələrinin, əməllərinin, enerjisinin, bir sözlə, Vətən sevgisinin bəhrəsidir.

Dünyaya səs salan proje
Öz dövrünün ən nəhəng logistika layihəsi kimi ərsəyə gələn Baykal Amur Magistralı insan fədakarlığının təcəssümü idi. Coğrafi baxımdan ölkəmizdən xeyli uzaqlarda yerləşən bu dəmiryolu marşrutunun gerçəyə çevrilməsində, azərbaycanlıların əməyi danılmazdır. 1974-cü ildə sözügedən magistralın tikintisi ilə bağlı qərar qəbul edildikdə o zaman sovet ittifaqının tərkibində daxil olan Azərbaycandan minlərlə gənc BAM-ın tikintisinə cəlb olunmuşdu. BAM-ın reallaşdırılmasında xüsusi xidmətləri olan bir azərbaycanlı da Ulu Öndər Heydər Əliyev idi.
BAM-ın tikintisi başlayan zaman Ümumilli lider Azərbaycana rəbərlik edirdi. Həmin vaxt o, müttəfiq respublikalardan birinin başçısı olaraq BAM-ın tikintisi və ölkəmizin ümumittifaq əhəmiyyətli işlərlə yaxından məşğul olurdu.
Rusiya Dəmir Yolları ASC-nin sabiq prezidenti Vladimir Yakunin bildirmişdi: “BAM ümumittifaq tikinti idi və Heydər Əliyev komissiyasının sədri olarkən bu tikintinin başa gəlməsi üçün əvəzsiz töhfə verib. Bu gün təsəvvür belə etmək çətindir ki, o zaman BAM inşaatçıları hansı şəraitdə işləyirdilər. Bu gün də asan deyil. Həm BAM, həm də Transib bu gün yalnız nəqliyyat infrastrukturunun mühüm elementi kimi deyil, həm də Avrasiya qitəsində yeni inkişaf layihəsinin yeni elementləri kimi qəbul edilir”.

Heydər Əliyevin “İpək Yolu” strategiyası
Ümumilikdə 140 ildən artıq tarixə malik olan Azərbaycan dövlət dəmir yolunun inkişafının ən sürətli dövrü Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dönəminə təsadüf edir.
İpək yolu hələ qədimdən bu günə kimi Avropa ilə Asiya arasında körpü rolunu oynayırdı. İpək yolunun Azərbaycan ərazisindən keçməsi, Azərbaycanın burada tranzin rolunu oynaması bizə iqtisadi və maddi cəhətdən böyük imkanlar verirdi.
1993-cü ildə Brüssel şəhərində keçirilmiş Konfransda Avropa Komissiyasının TRASEKA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Proqramının yaradılmasının təşəbbüskarı kimi 8 ölkədən biri də Azərbaycan Respublikası olmuşdur. Avropa Birliyinin TASİS (MDB ölkələrinə texniki yardımı) çərçivəsində nəqliyyat infrastukturu üzrə çoxmilli TRASEKA proqramı Mərkəzi Asiyadan Qara dənizə və daha sonra Avropaya çıxan nəqliyyat marşurutunun yenidən qurulmasını qarşıya məqsəd qoymuşdur.
Heydər Əliyevin yorulmaz əməyi nəticəsində 1996-cı il dəmiryolların yenidən bərpası mümkün oldu. Azərbaycanda dəmiryollar yenidən yük daşınmasında öz gücünü bərpa edə bildi. Azərbaycanın daxili vəxarici ticarətində mühüm əhəmiyyət kəsb etməyə başladı. Beynəlxalq yüklərin daşınması üçün öz imkanlarının yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Dəmir Yolu beynəlxalq təşkilatlara müraciət etdi. Dəmir yolu MDB və Baltikyanı dövlətlərin dəmiryolu nəqliyyatı Şurasının, Dəmir Yolları Əməkdaşlıq Təşkilatının və Beynəlxalq Dəmir Yolları İttifaqının üzvü oldu. MDB və Baltikyanı ölkələrdə yüklərin daşınması beynəlxalq tarif razılaşmaları ilə tənzimlənir. Heydər Əliyevin yorulmaz əməyi nəticəsində Azərbaycan Dövlət Dəmir Yolları dünya standartlarına cavab verə bilir.
Heydər Əliyevin iqtisadi inkişaf strategiyası nəticəsində Azərbaycan Avropa ilə Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, Bakı-Tbilisi-Qars dəmir yolu, TRASEKA və digər layihələrin həyata keçirilməsində mühüm rol oynayan dövlətə çevrildi.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Azərbaycan Avropa ilə Asiyanı birləşdirir
Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil, eyni zamanda, Asiya və Avropa qitələrini birləşdirir. Bu dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir. Bundan başqa, Azərbaycan Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları istifadəyə verilmişdir. 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun istismarına başlanması ilə Azərbaycan öz ərazisində “ŞimalCənub” nəqliyyat dəhlizi layihəsinin reallaşması istiqamətində bütün işləri çox böyük uğurla başa çatdırmışdır. Müasir nəqliyyat infrastrukturunun yaradılması və inkişaf etdirilməsi Azərbaycanın prioritet istiqamətlərindən biridir.
2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etməklə, qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. Ümumi uzunluğu təxminən 850 kilometr olan BakıTbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir.
Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafında, inteqrasiyasında mühüm əhəmiyyət daşıyır.
Bakı-Tbilisi-Qars layihəsinin əsas üstünlükləri:
- Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur, bu isə iki dövlət arasında münasibətləri daha da möhkəmləndirməyə xidmət edir.
- Digər məsələ bu layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasıdır. Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur ki, bu da muxtar respublikanın Ermənistanın blokadasından çıxarılmasına və onun nəqliyyat müstəqilliyinin təmin edilməsinə səbəb olacaq.
Ulu öndərin siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son bu illər ərzində dəmir yolu sistemində də ardıcıl inkişaf və modernləşdirmə tədbirləri həyata keçirilibdir. Son illərdə Azərbaycan Dəmir Yollarının beynəlxalq standartlara uyğun qurulması istiqamətində reallaşdırılan bir sıra mühüm tədbirlər dəmir yolu infrastrukturunun inkişafını sürətləndirib. Prezident İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı dəmir yolu sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaranıb.
Bakı-Tbilisi-Qars dəmir yolunun Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin etdiyini deyən dövlət başçısı bildirib: “Biz həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük”.
Azərbaycan dəmir yollarının hazırkı vəziyyəti, son dövr ərzində həyata keçirilən islahatlar gələcəyə ümidlə baxmağa əsas verir. Bununla belə, inkişaf etmiş dünya ölkələrinin səviyyəsinə çatmaq üçün modernləşmə baxımından daha çox iş görülməlidir. Respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq və regional layihələrdə fəal iştirakını reallaşdırmaqla öz infrastrukturunu qoruyub saxlayır, ölkənin irihəcmli daşımalara tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Heydər Əliyevin iqtisadi inkişaf strategiyası nəticəsində Azərbaycan infrastrukturun layihələri ilə bağlı, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə dünyada 11-ci yerdədir.
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının “Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli” mövzusunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müsabiqəsinə təqdim etmək üçün hazırlanmışdır.
Akqabay Mıradov