İranlı nazir İRƏVANDA SƏRSƏMLƏDİ: - “ZƏNGƏZUR DƏHLİZİNİN ƏLEYHİNƏYİK”

İranlı nazir İRƏVANDA SƏRSƏMLƏDİ: - “ZƏNGƏZUR DƏHLİZİNİN ƏLEYHİNƏYİK” Siyasət

“Zəngəzur dəhlizinin əleyhinə olduğumuzu dəfələrlə bildirmişik”.

RTV-nin məlumatına görə, bunu Ermənistanda səfərdə olan İranın yol və şəhərin inkişafı naziri Mehrdad Bəzrpaş bildirib. 

O deyib ki, ölkəsi Qafqazda sülhün tərəfdarı olmaqla yanaşı, regional məsələlərə kənar müdaxiləni pisləyir:

“Dəfələrlə bəyan etmişik ki, Zəngəzur dəhlizinin əleyhinəyik. Siyasətimiz Qafqazda sülhə əsaslanır. İnanırıq ki, region ölkələri aralarındakı fikir ayrılıqları ilə bağlı optimal qərar qəbul edə biləcəklər. İran daim Ermənistanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da həmin siyasətinə sadiq olacaq. Ermənistan bizim üçün çox önəmli bir dövlətdir”.

AYŞƏN