"Bu abidə Ermənistanın terrorçu dövlət olduğunu təsdiq edir" - Musa Qasımlı

"Bu abidə Ermənistanın terrorçu dövlət olduğunu təsdiq edir" - Musa Qasımlı Siyasət
Prezident İlham Əliyevin Ermənistanda Nemezis abidəsinin qoyulmasının qəbuledilməz olduğunu söyləməsi bir daha qonşu ölkənin yanlış yolda olduğunu göstərir.

Bu fikirləri News24.az-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Deputat bildirib ki, Ermənistan rəhbərliyi bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə Nemesis abidəsi qoyur: "Bununla da, onlar insanları intiqama, qisas almağa səsləyir. Belə bir abidənin qoyulması sadə anlam daşımır. Abidə ilk növbədə təbliğat vasitəsidir. Çünki o abidəyə bütün insanlar, o cümlədən gənclər və uşaqlar da baxacaq. Ermənistan hakimiyyəti erməni gəncləri, uşaqlarını hansı ruhda tərbiyə edir? Bu abidə digər xalqlara, ilk növbədə Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik hissi aşılayacaq, onları qisas ruhunda tərbiyə edəcək. Belə bir abidənin qoyulması göstərir ki, Ermənistanda düşmənçilik, ayrı-seçkilik, başqa xalqlara nifrət dövlət siyasətinə çevrilib. Çünki dövlət hakimiyyətinin icazəsi olmadan heç kimsə heç bir şəhərdə, bir qarış torpaqda abidə qoya bilməz! Bu abidənin qoyulması Ermənistanın terrorçu dövlət olduğunu əyani şəkildə təsdiq edir".

Aynurə Pənahqızı