İslam dünyası bir araya gəlməlidir - Hakan Fidan

İslam dünyası bir araya gəlməlidir - Hakan Fidan Siyasət

"Dünyada sülhün bərqərar olması üçün İslam dünyası bir araya gəlməlidir".

News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Hakan Fidan Nyu Yorkdakı Türk Evində BMT-nin 78-ci Baş Assambleyasında çıxışında deyib. 

Gələcəkdə islamafobiya, irqçilik və ya ksenofobiyaya yer olmadığını ifadə edən Hakan Fidan, "Dünyada sülhün bərqərar olması üçün İslam dünyası bir araya gəlməlidir " deyə qeyd edib.