İsraildə Netanyahuya qarşı - yeni etiraz dalğası başladı — VİDEO

İsraildə Netanyahuya qarşı - yeni etiraz dalğası başladı — VİDEO Siyasət
İsrail polisi Benyamin Netanyahu hökumətinin məhkəmə islahatına etiraz edən 17 etirazçını saxlayıb.

News24.az İsrail mediasına istinadən xəbər verir ki, müxalifətin məhkəmə islahatlarına qarşı daha bir "ümumi etiraz günü" keçirməsi gözlənilir.

Bu gün baş tutan aksiyada etirazçılar ölkənin müxtəlif bölgələrində, həmçinin Tel-Əviv-Hayfada magistral yolları bağlayıblar. Günün ikinci yarısında isə aksiyaların dəmiryol vağzalında, axşam saatlarında isə Təl-Əvivin mərkəzində kütləvi etiraz nümayişi gözlənilir.

Tədbirlərin Yerusəlim, Eylat, Beer Şeva, Petah Tikva, Hod Haşaron, Ramat Qan, Hadera şəhərlərində də keçirilməsi planlaşdırılır.