Jurnalistlərin işinə müdaxilə edənlər 600 manat - cərimələnəcək

Jurnalistlərin işinə müdaxilə edənlər 600 manat - cərimələnəcək Siyasət
Azərbaycanda jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlərin 600 manatadək cərimələnməsinə dair layihə qəbul olunub.

News24.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında 3-cü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.