Kanada parlamentinin spikeri - İSTEFA VERDİ
Siyasət
Kanada parlamentinin spikeri Entoni Rota istefa verdiyini bildirib.
News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, parlamentdə deyib: “Ürək ağrısıyla Parlamentə İcmalar Palatasının sədri vəzifəsindən istefa verdiyim bildirirəm”.
Rota sentyabrın 27-də vəzifəsini rəsmən tərk edəcəyini bildirib.
Qeyd edək ki, spikerin istefasına səbəb onun Ukryana Prezidenti Vladimir Zelenskinin kanadalı parlamentarilərlə görüşünə 98 yaşlı nasist, SS divizyasında xidmət etmiş Yaroslav Hunkanı dəvət etməsi olub.