Lavrov İrana getdi
Siyasət
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz Regional Məşvərət Platformasının “3+3” nazirlərinin görüşündə iştirak etmək üçün Tehrana gəlib.
News24.az "TASS"-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova təsdiqləyib.
İranın İRNA dövlət agentliyinin məlumatına görə, XİN rəhbərləri Cənubi Qafqazda baş verən son hadisələri, həmçinin təhlükəsizlik sahəsində regional əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədirlər. Agentlik Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını gündəmin əsas məqamı adlandırır.
Qumral