Lavrov kommunikasiyaların açılmasından - DANIŞDI
Siyasət
“Nəqliyyat kommunikasiyalarının açılması zamanı Azərbaycan və Ermənistanın suverenliyi qorunur”.
News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bugünkü mətbuat konfransında bildirib:
“Son günlərdə hər iki ölkənin liderləri bəyanatlarında bu məsələyə toxunublar. Söhbət Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulmasından gedir. Səhv etmirəmsə, bir qədər əvvəl Nikol Paşinyan Ermənistanın Zəngəzur dəhlizinin əleyhinə olduğu barədə bəyanat vermişdi”.
Fərid Azəri