"Məqsəd dinc sakinləri hədəf almaq və ya guya “etnik təmizləmə” aparmaq olsaydı... " - XİN başçısı

"Məqsəd dinc sakinləri hədəf almaq və ya guya “etnik təmizləmə” aparmaq olsaydı... " - XİN başçısı Siyasət

"Bir sıra videogörüntülərdən aydın şəkildə göründüyü kimi, Azərbaycan Silahlı Qüvvələri mülki şəxslərə dəyə biləcək yan təsirlərdən yayınmaq üçün yaxınlıqda olan legitim hərbi obyektlərə zərbələr endirməkdən qəsdən çəkinib".

News24.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT TŞ-nin Qarabağdakı vəziyyətlə bağlı iclasındakı çıxışında bildirib.

"Fotolardan göründüyü kimi, əgər məqsəd dinc sakinləri hədəf almaq və ya guya “etnik təmizləmə” aparmaq olsaydı, Azərbaycan Silahlı Qüvvələri başqa cür hərəkət edərdi".