Moskva Ermənistana - CAVAB VERDİ - Sülhməramlılar Qarabağda...

Moskva Ermənistana - CAVAB VERDİ - Sülhməramlılar Qarabağda... Siyasət

Moskva Ermənistanın Rusiya sülhməramlılarının Qarabağda öz öhdəliklərini yerinə yetirməməsi barədə bəyanatlarına münasibət bildirib. 

News24.az xəbər verir ki, bəyənatlar barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirilən həftəlik brifinqdə şərh edib.

Zaxarovanın sözlərinə görə, Rusiya sözügedən bəyanatları həqiqətə uyğun hesab etmir:

"Biz dəfələrlə bu bəyanatlarla bağlı Rusiyanın mövqeyini açıqlamışıq və bildirmişik ki, bunlar yalnız ikitərəfli münasibətlərə yeni problemlər gətirir. Nə ikitərəfli gündəliyin möhkəmlənməsinə, nə də regional problemlərə heç bir töhfə vermir. Bu, sadəcə məsuliyyətdən yayınmaq üçün faktları saxtalaşdırmaq cəhdləridir. Mən bunu başqa cür qiymətləndirə bilmərəm”, - deyə Zaxarova bildirib.