Müdafiə naziri Anjey Kaspşiklə - GÖRÜŞDÜ

Müdafiə naziri Anjey Kaspşiklə - GÖRÜŞDÜ Siyasət
Fevralın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyətinə, keçirilən monitorinqlərin nəticələrinə və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.