Müdafiə naziri “İDEF-2019” sərgisində iştirak edəcək

Müdafiə naziri “İDEF-2019” sərgisində iştirak edəcək Siyasət
Aprelin 29-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasına yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, nazir, general-polkovnik Zakir Həsənov İstanbulda keçiriləcək “IDEF-2019” Beynəlxalq Müdafiə Sərgisinə qatılacaq.

Qeyd edək ki, sərgi aprelin 30-dan mayın 3-dək davam edəcək.
Müdafiə naziri “İDEF-2019” sərgisində iştirak edəcək