Nizami Xudiyevə Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM

Nizami Xudiyevə Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM Siyasət
Prezident İlham Əliyevv Nizami Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Manaf oğlu Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.