Ombudsman aparatı seçkilərlə bağlı monitorinqlərə başlayır

Ombudsman aparatı seçkilərlə bağlı monitorinqlərə başlayır Siyasət

Ombudsman Aparatı Prezident seçkiləri ilə bağlı monitorinqlərə başlayır.

R TV-nin məlumatına görə, bununla bağlı Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda dəyirmi masada çıxışı zamanı məlumat verib.

O qeyd edib ki, ilkin olaraq seçicilərlə görüşlər üçün ayrılmış açıq və qapalı yerlərdə monitorinqlər aparılacaq:

"Artıq seçki hüququnun pozulması ilə bağlı Ombudsmana müraciətlər daxil olur. Bu müraciətlər operativ olaraq Mərkəzi Seçki Komissiyası ilə birlikdə araşdırılır".

Aslan Nadiroğlu