Paşinyan:"Brüssel görüşündə razılaşdıq ki"... - DEBAT

Paşinyan:"Brüssel görüşündə razılaşdıq ki"... - DEBAT Siyasət
"Regionda sülh qaçılmazdır".

News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə iştirak etdiyi və "Euronews" telekanalının canlı efirində yayımlanan "Global Conversation" adlı debat xarakterli proqramda bildirib.

O, həmçinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin də iştirak etdiyi Brüssel görüşündən danışıb:

"O zaman biz belə bir anlaşma əldə etdik ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyır. Ermənistanın ərazisi 29 min 800 kvadrat-kilometr, Azərbaycanın ərazisi isə 86,6 min kvadrat-kilometr təşkil edir. Söhbət burada ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasından gedir."