”İran hakimiyyəti tarix səhnəsindən uzaqlaşdırılmalıdır” - Politoloq
Siyasət
“İran rejimi öz ərazisində yaşayan xalqlarla heç vaxt normal münasibət qura bilməyəcək”.
Bunu News24.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli bildirdi.
Onun sözlərinə görə, ölkənin ideologiyasının əsasını fars-molla şovinizmi təşkil etdiyindən orada yaşayan xalqlara daim həqarətlə yanaşılıb və bu siyasət indi də davam edir:
“İrandakı mövcud hakimiyyət ayrı-ayrı xalqların milli mədəniyyətinin, dilinin və ədəbiyyatının inkişafına imkan vermir. Azərbaycan İranda milli çoxluqdur, yəni ən çox əhalisi olan bir xalqdır. Gəl ki, bu xalqın dilində nə kütləvi informasiya vasitəsi, nə yazılı ədəbiyyat, nə də ki ən əsası təhsil var. Bu, bir xalqa qarşı açıq-aşkar həyata keçirilən mədəni, milli soyqırımın təzahürlərindən biridir. Bu nöqteyi-nəzərdən ermənilərlə bu cür əməkdaşlığa gedən, onlar üçün suveren hüquqlar təmin edən İranın hərəkətlərini təkcə pisləmək yox, həm də oradakı mövcud siyasi hakimiyyəti tarix səhnəsindən uzaqlaşdırmaq lazımdır”.
Fərid Azəri