Prezident Muğanlı-İsmayıllı-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun tikintisinə 3,8 milyon manat ayırdı

Prezident Muğanlı-İsmayıllı-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun tikintisinə 3,8 milyon manat ayırdı Siyasət
Prezident İlham Əliyev İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun tikintisi ilə bağlı Sərəncam imzalayıb.

News24.az xəbər verir ki, Prezident üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Muğanlı-İsmayıllı (30 km) –Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,8 milyon (üç milyon səkkiz yüz min) manat ayırıb.