Putin Ərdoğanla nəyi müzakirə etdi?

Putin Ərdoğanla nəyi müzakirə etdi? Siyasət

Rusiya prezidenti Vladimir Putin ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

News24.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin ofisi məlumat yayıb.

Məlumata görə, onlar Yaxın Şərqdə baş verən prosesləri müzakirə edib. Liderlər söhbət zamanı İsrail və Fələstin arasında münaqişənin eskalasiyasının gedişatını, eləcə də regiondakı humanitar böhranı müzakirə ediblər. 

Ərdoğan Ankaranın Yaxın Şərqdəki gərginliyi azaltmaq üçün əlindən gələni edəcəyini bildirib və həmçinin qeyd edib ki, Qərb ölkələrinin susması Qəzza zolağında humanitar fəlakətə gətirib çıxarıb.

Qumral