Qərb Rusiyaya qarşı mübarizə aparır - Lavrov
Siyasət
"Qərb ölkələri faktiki olaraq Ukraynaya silah vermək, kəşfiyyat məlumatları vermək və qoşunların hazırlanmasında yardım etmək adı altında Rusiya ilə müharibə aparır".
News24.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasında işin yekunlarına dair mətbuat konfransında deyib.
"Siz bunu istədiyiniz kimi adlandıra bilərsiniz, lakin onlar bizimlə müharibədədirlər, birbaşa bizimlə müharibə aparırlar. Onlar əslində bizə qarşı ukraynalıların əlləri ilə döyüşürlər" , - Lavrov qeyd edib.