Ramil Usubov Səhlab Bağırova yeni vəzifə verdi

Ramil Usubov Səhlab Bağırova yeni vəzifə verdi Sosial
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iki yeni təyinat üzrə müvafiq əmr imzalayıb.

Ramil Usubovun əmri ilə iki generalın yeri dəyişdirilib.

Onlardan biri Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.



Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev isə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.


İnformasiyanın doğruluğu DİN tərəfindən təsdiqlənib.