Ruben sonuncu deyil, qoy, onlar da belə yaxalansın - Martirosyan

Ruben sonuncu deyil, qoy, onlar da belə yaxalansın - Martirosyan Siyasət

“Antierməni maraqları lehinə hərəkət edən və “vətənində” troya atı rolunu üzərinə götürən Rusiyanın agenti kimi Ruben Vardanyan bu günlərdə başına gələn və baş verəcək hər şeyə layiqdir”.

News24.az xəbər verir ki, bu sözləri erməni politoloq Hayk Martirosyan “Facebook” səhifəsində yazıb.

“Xainlər həmişə ən yüksək bədəli ödəyirlər, xüsusən də o qədər axmaq olduqları üçün özlərini qaça bilməyəcəkləri və qalib gələ bilməyəcəkləri vəziyyətə salırlar. Bu gün Ruben bütün erməni satqınlarına dərs olur. Onlar anti-erməni Rusiyaya xidmət etməklə hər şeyə nail olurlar, amma sonra yararsız olurlar, zibilliyə atılırlar, hər şeylərini itirirlər. Ruben milyardlarını ermənilərin və Ermənistanın maraqlarının xeyrinə xərcləyə bilərdi. Saxta avroralar təşkil edib onlarla öz əlaqələrini genişləndirib axmaq məqsədlər üçün milyonlar xərcləməkdənsə, Ermənistanda ilk növbədə siyasi cəhətdən böyük bir iş görə bilərdi.

Ruben rəsmi və ictimai şəkildə Rusiya vətəndaşlığından imtina edib və Kreml bu faktı təsdiqləyib. Bu isə o deməkdir ki, ictimai və rəsmi olaraq Kremlin Rubeni azad etmək üçün heç bir faktiki əsası yoxdur və olmayacaq.

Ruben birinci olsa da, sonuncu deyil. Qoy, Qarabağın dörd keçmiş psevdo-prezidenti, “nazirləri”, ruhaniləri və Rusiyaya xidmət edərək Ermənistanı məhvə sürükləyən hər kəsin başına da eynisi və daha artığı gəlsin”, - Martirosyan qeyd edib.

Akqabay

Ruben sonuncu deyil, qoy, onlar da belə yaxalansın - Martirosyan