"Rusiya İrəvanla münasibətlərin soyumasının təşəbbüskarı olmayıb" - Lavrov
Rusiya heç vaxt Ermənistanla münasibətlərin soyumasının təşəbbüskarı olmayıb.
News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz heç vaxt bu əlaqələrin soyumasına təşəbbüs etməmişik. Ermənistanda indiki məmurların bir çoxu hələ müxalifətdə olarkən KTMT-dən, Aİİ-dən çıxmağa çağırırdılar və baş nazir Paşinyan hakimiyyətə gələndə zərrə qədər uzaqlaşmaq üçün istəyimiz olmayıb", - deyə Rusiya XİN rəsmisi bildirib.
Qumral